AZ

Hər gün öldürdüyümüz rus əsgərlərin sayı... - General

Ukraynada Kurskdakı kimi 5-6 sektor yaratmaq lazımdır.

Axar.az xəbər verir ki, bunu Ukrayna ordusunun generalı və Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuj rus ordusunun Donbasda fəal şəkildə irəliləməsini şərh edərkən deyib.

O qeyd edib ki, Rusiya əsas qüvvə və vasitələrini altı əməliyyat istiqamətində cəmləşdirə bilib və indi bütün cəbhə boyu hücum etmək imkanı olmasa da, Kupyansk, Çasov Yar, Pokrovskoye istiqamətləri kimi, Selidovo, Kuraxovo, Uqledar və Zaporojye düşmən üçün prioritetdir və hələ də orada kifayət qədər döyüşə hazır qüvvələr yerləşdirilib.

"Strategiya baxımından biz düşməni məhv etməli və cilovlamalıyıq. Mövqelərdən əl çəkməmək və çox sayda insanı məhv etmək son dərəcə vacibdir. Biz gündə 1400-1700 işğalçını məhv edirik - bu, güclü potensialdır, lakin kifayət deyil. Bu gün müharibə strategiyasının dəyişdirilməsi vacibdir. Təkcə Kursk bölgəsinə deyil, daha bir neçə sektora zərbə lazımdır", - N.Malomuj vurğulayıb.

Seçilən
36
axar.az

1Mənbələr