AZ

Akardan xəbərdarlıq: Əks halda Türkiyə ordusu...

PKK və YPG ilə mübarizəmiz hər şeyə rəğmən terroru mənbəyində məhv etmək təşəbbüsü ilə hücumçu bir yanaşma, yüksək əhval-ruhiyyə ilə davam edir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin sabiq milli müdafiə naziri, millət vəkili Hulusi Akar deyib.

“Nəticə olaraq Türkiyə əsgəri əlçatmaz sayılan yerlərə girib. Bir sözlə hərbçilərimizin nəfəsi terrorçuların ənsəsindədir. PKK və YPG terrorçuları, onları dəstəkləyənlər, arxasında, yanında olanlar, bilin ki, bacarmayacaqsınız, məğlub olacaqsınız. Yeganə qurtuluş ədalətə təslim olmaqdır, əks halda “mehmetçik” məhv etməyə davam edəcək”, - H.Akar bildirib.

Seçilən
13
1
axar.az

2Mənbələr