AZ

Laçının daha bir kəndi YENİDƏN QURULUR – FOTO/VİDEO

Laçın rayonunun Bəylik kəndi yenidən qurulur.

Medianews.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Videokadrlardan görünür ki, kəndin sakinləri üçün tamamilə yeni evlər tikilib, yeni yollar çəkilir. Çox güman ki, Laçının işğaldan azad olunduğu 1 dekabr tarixində Bəylik kəndinin sakinləri yeni mənzillərinə kğçürüləcəklər.

Xatırladaq ki, bu günə qədər Laçın şəhəri ilə yanaşı, rayonun Zabux və Sus kəndləri də tamamilə yenidən qurulub, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdıblar.

Onu da əlavə edək ki, ümumi sahəsi 1 835 kvadrat kilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrlə 3 600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3 594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, o da Araz çayına qovuşur.

1992-ci ilin may ayından ermənilərin işğalı altında olan Laçının azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb.

Lamiyə MİRZƏYEVA

Seçilən
59
medianews.az

1Mənbələr