AZ

Vağzalın damı uçdu - 14 nəfər öldü

Serbiyada qatar stansiyasının damının uçması nəticəsində 14 nəfər həyatını itirib. Hökumət noyabrın 2-ni milli matəm günü elan edib.   Manset.az Publika.az-a istinadən xəbər verir ki, Serbiyada "Novi Sad" vağzalının beton eyvanı naməlum səbəbdən uçub. Uçqun nəticəsində 14 nəfər ölüb, 3 yaralının isə xəstəxanada müalicəsi davam edir. Serbiyanın baş naziri Miloş Vuçeviç və daxili işlər naziri İvitsa Daçiç stansiyaya gələrək səlahiyyətlilərdən məlumat alıblar. Vuçeviç açıqlamasında binanın 1964-cü ildə inşa edildiyini, hadisənin araşdırılacağını və səhlənkarlıq edənlərin cavab verməli olduğunu qeyd edib. Dağıntılar altında olan və əlaqə saxladıqları 2 nəfərin xilas edildiyini bildirən Daçiç, axtarış-xilasetmə işlərinin davam etdiyini və hadisə yerində 80 nəfərin çalışdığını bildirib. Serbiya prezidenti Aleksandr Vuçiç də hadisə yerinə gələrək nazirlərdən məlumat alıb. O, həyatını itirənlərin yaxınlarına başsağlığı verərək, "Prezident olaraq hökumətdən və Novi Sad prokurorluğundan qəzaya səbəb olanların ən ağır şəkildə cəzalandırılmasını xahiş edirəm" deyib. Vuçiç əlavə edib ki, binanın bu yaxınlarda təmir olunduğu, lakin çökmüş beton eyvanın 60 ildir yenilənməməsi onu təəccübləndirib.

Hökumət noyabrın 2-ni milli matəm günü elan edib.

Seçilən
33
2
manset.az

3Mənbələr