Boliviya prezidenti Luis Arce təxminən 2 min nəfərlik silahlı qrupun üç hərbi hissəni ələ keçirərək əsgərləri girov götürdüyünü açıqlayıb.
Azreform.info xəbər verir ki, bu barədə prezident Arce X (tvitter) hesabında yazıb.
O bildirib ki, keçmiş prezident Evo Moralesə bağlı silahlı simpatizanların Koçabamba şəhərində üç hərbi hissəyə hücum etdiyini Boliviya xalqına və beynəlxalq ictimaiyyətə çatdırmaq istərdim.
"Əsgərlərin və onların ailələrinin girov götürülməsini şiddətlə qınayıram. Dünyanın istənilən yerində hərbi kazarmalara hücum etmək vətənə xəyanət cinayətidir”, - o qeyd edib.
Prezident bu hücumun Boliviya xalqına qarşı təhqir olduğunu qeyd etməklə yanaşı, şəhərdə bağlanmasını da pisləyib.
Mürtəza
Azreform.info