AZ

Azercell "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası" mükafatına layiq görülüb

Mükafat Azərbaycanda ilk "Dayanıqlı gələcək üçün yaşıl insan resursları" şüarı ilə keçirilən "COP29 Human Capital Forum" tədbiri çərçivəsində təqdim olunub

Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə "Dayanıqlı gələcək üçün yaşıl insan resursları" mövzusunda “COP29 Human Capital Forum”u baş tutub. Bu tədbirdə “Azercell Telekom” MMC insan kapitalının qiymətləndirilməsi və əməkdaşlarının peşəkar inkişafına verdiyi dəstəyə görə "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası" ("Best Rewards and Recognition Strategy") mükafatı ilə təltif edilib.

Azercell-in insan kapitalinin idarə olunması sahəsində apardığı proseslər və tətbiq etdiyi sistemlər beynəlxalq təcrübəyə uyğun qurulub. Şirkət istedadlı gənclərin işə cəlb olunmasına, peşəkar kadrların yetişdirilməsinə, onların bilik və bacarıqlarının artırılmasına daima xüsusi diqqət göstərir. Azercell-in mükafatlandırma və tanıma strategiyası əməkdaşların iş məmnuniyyətini və bağlılığını artırmağa, onların fəaliyyətini dəyərləndirməklə daha yüksək nəticələr əldə etməyə yönəlib. Bu strateji yanaşma işçilərin peşəkar inkişafına dəstək olmaqla yanaşı şirkətin uğurlu gələcəyi üçün möhkəm zəmin yaradır.

Seçilən
11
15
azpolitika.info

10Mənbələr