Türkiyənin ASELSAN və HAVELSAN şirkətləri arasında Asiya-Sakit Okean regionundakı adı açıqlanmayan ölkəyə radar və dost-dümən sistemlərinin ixracı üçün müqavilə imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.
Qeyd olunub ki, şirkətlər arasında imzalanan müqavilənin dəyəri ümumilikdə 68 milyon ABŞ dolları təşkil edir.