"Gəncə" cari mövsüm Azərbaycan Basketbol Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, Halil Atlının baş məşqçisi olduğu kollektiv III turda "Ordu" ilə üz-üzə gəlib.
Qarşılaşma bölgə təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb - 82:61.
"Gəncə" ilk turda "Lənkəran"ı (90:75), II turda "Quba"nı (90:62) məğlub edib.
Qeyd edək ki, günün digər qarşılaşmasında "Quba" "Lənkəran"la qarşılaşacaq. Əvvəlki oyunlarda "Naxçıvan" "Sərhədçi"ni (83:66), NTD "Neftçi"ni (66:63) məğlub edib. Tura noyabrın 3-də iki matçla yekun vurulacaq.
Zion Patterson: "Neftçi" ilə matçda qələbə qazanacağımızı gözləyirəm"
"Sabah"ın baş məşqçisi: "Oyunçularım təzyiqlə bacara bilmədi"
“Sabah” yenə məğlub oldu
Avropa Kuboku: "Sabah" Belçika klubu ilə qarşılaşacaq - YENİLƏNİR
“Naxçıvan”dan ardıcıl 3-cü qələbə