AZ

Ən çox borcu olan NATO ölkəsi - Türkiyənin nə qədər borcu var?

  BVF və Dünya Bankı NATO-nun ən çox borcu olan ölkəsi açıqlayıb. 

NATO-ya üzv ölkələr arasında artan borc yükü iqtisadi tarazlıqlara və müdafiə xərclərinə təsiri ilə diqqət çəkir. Qlobal iqtisadi şəraitdəki qeyri-müəyyənliklər və tənəzzül təhlükələri qarşısında ölkələr büdcə kəsirlərini bağlamaq üçün mübarizə apararkən, dövlət borclarının artması, təhlükəsizlik sahəsində investisiyalara birbaşa təsir edir. 

 NATO-ya üzv ölkələr iqtisadi artım və müdafiə büdcələri arasında incə bir tarazlıq yaratmağa çalışırlar, lakin borc səviyyəsi yüksəldikcə, bu tarazlığa nail olmaq getdikcə çətinləşir. NATO daxilində borclu ölkələrin vəziyyəti təşkilatın təhlükəsizlik strategiyalarına təzyiq edir və üzvlər arasında daha çox həmrəylik və əməkdaşlığa ehtiyac yaradır./Ölkə.az

Bəs ən çox borcu olan NATO ölkəsi hansıdır?

1. ABŞ - 34,5 trilyon dollar; 
2. Böyük Britaniya - 9,87 trilyon dollar;
3. Fransa - 7,81trilyon dollar;
4. Almaniya - 6,7 trilyon dollar;
5. Hollandiya - 4,26trilyon dollar;
6. Lüksemburq - 3,79 trilyon dollar;
7. Kanada - 3,06 trilyon dollar;
8. İtaliya - 2,79 trilyon dollar; 
9.  İspaniya - 2.67 trilyon dollar;
10. Belçika - 1.57trilyon dollar;
11. İsveç - 1.06 trilyon dollar;
12. Norveç - 746 milyard dollar; 
13. Yunanıstan - 594 milyard dollar; 
14. Danimarka - 552 milyard dollar; 
15. Türkiyə - 507 milyard dollar; 
16. Portuqaliya - 440 milyard dollar; 
17. Polşa - 407 milyard dollar;
18. Macarıstan - 302 milyrad dollar;
19. Çexiya - 207 milyard dollar;
20. Finlandiya - 168 milyard dollar; 
21. Rumıniya - 158 milyard dollar;
22. Slovakiya - 135 milyard dolar;
23. Sloveniya - 60,7 milyard dollar və sair.  

Seçilən
37
1
referans.az

2Mənbələr