Xəbər verdiyimiz kimi, ötən ay paytaxta yağan intensiv yağışlar nəticəsində Xətai rayonundakı 269 saylı məktəbin hasarı aşıb, Mərdəkan qəsəbəsində yerləşən 123 saylı məktəbin isə həyətyanı ərazisini əhatə edən hasarın da bir hissəsi uçduğu üçün tədris prosesi müvəqqəti dayandırılmışdı.
Ucnoqta.az xəbər verir ki, hadisədən bir neçə gün keçsə də, sözügedən məktəblərdə hələ də bərpa işlərinin aparılmadığı barədə xəbərlər yayılıb.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) sorğumuza cavab olaraq bildirilib ki, 19-22 oktyabr tarixlərində yağan intensiv yağışlar səbəbindən təhsil müəssisələrində yaranmış fəsadların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür:
“O cümlədən 123 nömrəli tam orta məktəbdə hasarın bərpa işləri həyata keçirilir. 269 nömrəli tam orta məktəbin həyətyanı divarının bərpası üçün hazırlıq və planlama işləri yekunlaşdırılaraq bu gün hasarın inşasına başlanacaq”.