AZ

ABŞ Rusiya ilə o sazişi imzalasaydı, müharibə başlamayacaqdı

“Əgər ABŞ Rusiya ilə təhlükəsizlik sazişi imzalasaydı, Ukraynada xüsusi hərbi əməliyyat başlamazdı”.

Viral.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RT-yə müsahibəsində deyib.

“Əgər Qərb ölkələri və ilk növbədə ABŞ çeviklik nümayiş etdirsəydi və Rusiya ilə təhlükəsizlik sazişi bağlasaydı, xüsusi hərbi əməliyyat olmazdı”, – sədr müavini bildirib.

Son Yazılar:

Onun sözlərinə görə, Qərb hakimiyyətləri öz siyasətində ABŞ maraqlarının müstəsnalığı prinsipinə əsaslanır.

Medvedev bildirib ki, Rusiya öz varlığını nüvə silahı ilə müdafiə etməyə hazır olacaq.

“Amerika dərin dövləti çətin ki, üçüncü Dünya müharibəsini istəsinr, lakin nədənsə rusların heç vaxt müəyyən xətti keçməyəcəyinə də inanırlar.

Onlar səhv edirlər. Prezidentimizin də dəfələrlə dediyi kimi, dövlətimizin varlığından danışırıqsa, təbii ki, bizim sadəcə olaraq seçimimiz qalmayacaq. Nüvə ölkəsinin prezidenti vəzifəsinə başlayan hər bir şəxs mahiyyətcə ölkəni sona qədər müdafiə etmək öhdəliyini üzərinə götürür. Bu, Rusiya Federasiyasına da aiddir”, – o qeyd edib.

Seçilən
14
6
viral.az

10Mənbələr