AZ

Millimizin üzvü oynadı, komandası xal itirdi

Futbol üzrə Cənubi Koreya çempionatında 36-cı turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tejon Xana Sitizen" səfərdə "Qvanqyu"nun qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

36 turdan sonra 42 xal toplayan "Tejon Xana Sitizen" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

"Kəpəz"in futbolçusu komanda ilə məşqlərə başlayıb

“Araz-Naxçıvan”ın legioneri: “Qollarımın ardı gələcək”

Samir Abasov: “Bunları dərd etməyə başlamışıq”

Elmar Baxşıyev: “Qara Qarayev bizə fayda verəcək”

Samir Abasovun “Neftçi”si ilk məğlubiyyətini aldı - YENİLƏNİB

Seçilən
46
4
apasport.az

5Mənbələr