Türkiyənin məşhur cütlüklərindən olan Burak Özçivit və Fahriye Evcenin instaqram sosial şəbəkəsinin hekayəsindən əldə etdikləri qonorar müzakirə yaradıb.
Day.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, reklam, serial və filmlərdən ən çox qazanan məşhur aktyorlar sırasında olan ikili gəlirlərini daşınmaz əmlaka yatırım edir.
Ən son Bodrumda hər biri 60 milyon TL dəyərində 4 lüks villaya sahib olan aktyorlar, yaşadıqları ərazidən də iki ev alıblar. Onlar birinci evə 2 milyon 350 min dollar, ikinci villaya isə 4 milyon 250 min dollar ödəyiblər.
Məlumata görə, Burak Özçivit və Fahriye Evcenin bir post və 15 saniyəlik hekayə üçün 2,5 milyon TL istəyiblər.
Qeyd edək ki, Burak və Fahriye 2017-ci ildə ailə həyatı qurub. Onların bu evlilikdən Karan və Kerem adlı övladları var.