AZ

Kadırov əmrini ləğv etdi: Onlara yazığım gəlmir!

Çeçenistanın lideri Ramzan Kadırov cəbhədə “əsir götürməyin” əmrinin ləğv edildiyini açıqlayıb.

Axar.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında məlumat verib.

O iddia edir ki, Ukrayna sakinlərindən iki mindən çox məktub alıb:

“Müxtəlif məzmunlu məktubları həm qohumları səfərbər olunmuş qadınlar, həm də təmas xəttində olan kişilər öz istəyi ilə yazır. Hər müraciətdəki səbəb isə eynidir: Rusiyalı əsgərlərə əsir düşmək səngərlərə öz istəyinə zidd olaraq göndərilənlər üçün sağ qalmağın yeganə yoludur. “Əsir götürməyin” əmri ləğv edilib. Təslim olmaq istəyənlər sağ qalacaqlar. Digərlərinə isə yazığım gəlmir”.

Qeyd edək ki, Kadırov sözügedən əmri, Çeçenistanda prezident Vladimir Putinin adını daşıyan Rusiya Xüsusi Təyinatlı Universitetinə dron hücumundan sonra vermişdi.

Seçilən
30
4
axar.az

5Mənbələr