AZ

“Neftçi”nin sabiq baş məşqçisi Premyer Liqaya iddialı klubla danışıqlara başladı

18 yaşlılardan ibarət yığmanın baş məşqçisi Füzuli Məmmədov vaxtından əvvəl iş yerini dəyişə bilər. Bu barədə AFFA-dan redaksiyamıza məlumat daxil olub. Qurumdan əldə etdiyimiz informasiyaya görə, adıçəkilən mütəxəssis fəaliyyətini I Liqada davam etdirməyə yaxındır. Belə ki, 2020-2021-ci illərdə «Neftçi»ni çalışdırmış Məmmədov «İmişli»nin gündəmindədir. Tərəflər arasında ilkin danışıqlar geridə qalıb. U-18-in sükançısı karyerasını bu klubda davam etdirməyə maraqlıdır.

SPORTİNFO.AZ

Seçilən
34
sportinfo.az

1Mənbələr