AZ

Nuri Ərsoy özəl televiziya kanallarindan birinə müsahibə verdi

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy deyib: ''Turizm sektorunda ciddi irəliləyiş əldə etdik''.

SİA xəbər verir ki, bu barədə Mehmet Nuri Ərsoy özəl televiziya kanallarindan birinə müsahibəsində bildirib. M.N.Ərsoy Türkiyənin dünyanın hər yerindən turist qəbul etdiyini qeyd edib. O, ilin sonunadək 60 milyard dollarlıq turizm gəliri hədəfinə nail olacaqlarını bildirib.

Mehmet Nuri Ərsoy qeyd edib ki, ötən il Amerika Birləşmiş Ştatlarından Türkiyəyə 1 milyondan çox turist gəlib.

"Bu il inşallah 1,5 milyonu keçəcəyik. Türk Hava Yolları ilə birlikdə təqdimat planları hazırlayırıq. 4 ildir ki, CNN International ilə intensiv şəkildəişləyirik. İndi Çin bazarında da sürətlə inkişaf edirik. Cənubi Koreya bazarında daeyni şəkildə. Keçən il 280 min turist qəbul etmişdik. Bu il 600 minə yaxın turist qəbul edəcəyimizi hesab edirik'',-deyə Mehmet Nuri Ərsoy vurğulayıb.

Seçilən
53
3
sia.az

10Mənbələr