Türkiyə millisinin baş məşqçisi Vinçentso Montellanın yığmadakı gələcəyi bəlli olub.
Bu barədə Türkiyə Futbol Federasiyasının meneceri Ceyhun Kazancı açıqlama verib.
O, italiyalı mütəxəssislə yola davam edəcəklərini bildirib:
"Montella ilə 2026-cı il dünya çempionatının sonuna qədər müqaviləmiz var. O, burada çox xoşbəxt və istəklidir. Uğurlu məşqçilərin adının bəzi böyük klublarla yanaşı hallanması normal haldır”.
Qeyd edək ki, 2023-cü ilin sentyabr ayından Türkiyə millisinə rəhbərlik edən V.Montella komandanı ötən yay Almaniyada keçirilmiş son Avropa çempionatında 1/4 final mərhələsinə yüksəldib.(Axar.az)
"Cebheinfo.az"