AZ

Rusiya Ukraynanı hərbi əsir mübadiləsini ləngitməkdə İTTİHAM ETDİ

Rusiya Federasiyası Ukraynanı öz ordusunu rus əsirliyindən çıxarmaq istəməməkdə ittiham edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov bildirib.

O qeyd edib ki, Moskva bu il mübadilə üçün 939 hərbi əsir təklif edib, lakin Kiyev yalnız 279-u qəbul etməyə razılaşıb: “Ukrayna ilk növbədə “millətçi batalyonlar”dakı döyüşçüləri əvəz edir”.

Rusiya Ombudsmanı Tatyana Moskalkova Kiyevi hərbi əsir mübadilələrini sürətləndirməyə çağırıb və iddia edib ki, məsələ Ukrayna tərəfinin siyasiləşdirilməsinə görə ləngiyir.

Kiyev hələlik bu bəyanatlara münasibət bildirməyib.

Bizim.Media

Seçilən
63
46
bizim.media

10Mənbələr