Türkiyənin Hatay vilayətinin Arsuz bölgəsində baş verən meşə yanğını evlərə keçib.
Modern.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd olunur ki, Biləcikdəki Kurtköy və Ahmetpınar kəndləri arasındakı ərazidə də meşə yanğını meydana gəlib.
Bölgələrdə küləyin təsiri ilə alovlar yayılmağa davam edir.
Yanğınların söndürülməsi işlərinə helikopter də cəlb olunub. Həmçinin, 28 avtomobil və 87 nəfər canlı qüvvə də hazırda qeyd edilən bölgələrdə yanğınlara qarşı mübarizə aparır.