Dəm qazı, yəni karbon monoksidlə (CO) zəhərlənmələr günbəgün artmaqdadır.
Publika.az xəbər verir ki, adi yüngül zəhərlənmələrdən tutmuş, orqanizmdə hipoksiya (oksigen azlığı) vəziyyətinə qədər gətirib çıxaran dəm qazı insanlar üçün kabusa çevrilib. Statistikaya baxanda 2024-cü ildə də dəm qazından zəhərlənmə hadisələrinin əvvəlki illərə uyğun davam etdiyi məlum olur. Hətta sosial çarxlar, maarifləndirici informasiyalar artsa belə...
Kliniki Tibbi Mərkəzdən "Trend"ə verilən məlumata görə, cari ilin əvvəlindən bugünədək dəm qazından zəhərlənmə səbəbilə Toksikologiya şöbəsinə 54 nəfər qəbul edilib.
“Zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib, lakin həkimlərin səylərinə baxmayaraq, onlardan bir nəfərin həyatını xilas etmək mümkün olmayıb”, - qurumdan əlavə edilib.
Statistika bununla da yekunlaşmır. Çünki bu təkcə xəstəxanaya gətirilənlərin sayıdır. Həkiməqədər ölümlə nəticələnən onlarla dəm qazı boğulmalarından da xəbərsiz deyilik...
Bəs dəm qazından zəhərlənmənin simptomlarını necə müəyyən etmək olar, ilkin hansı yardımların göstərilməsi müvafiq sayılır?
Mövzu barədə Trend-ə danışan Baş toksikoloq Azər Maqsudov hesab edir ki, dəm qazı ilə zəhərlənməmək üçün evdə və qapalı məkanlarda qazla işləyən bəzi texniki avadanlıqların sazlanması vacib şərtdir.
O bildirib ki, mövsümlə bağlı dəm qazından zəhərlənmə artsa da, hələlik son bir ayda Kliniki Tibbi Mərkəzə çox az müraciət daxil olub: