“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kişilər arasında təşkil olunmuş voleybol üzrə Azərbaycan Kuboku davam edir.
Arena.az xəbər verir ki, bu gün yarımfinal oyunları keçirilib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ilk olaraq “Azərreyl” və “Murov Az Terminal” klubları üz-üzə gəliblər. Gərgin keçən bu oyunda qalib tay-brekdə müəyyən olunub. “Azərreyl” 3:2 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.
Günün növbəti qarşılaşması isə “Neftçi” və “Xilasedici” komandaları arasında olub. Bu oyunda 3:1 hesabı ilə qalib gələn “Xilasedici” finala vəsiqə qazanıb.
Beləliklə, kişilərin mübarizəsində “Azərreyl” və “Xilasedici” komandaları finalda üz-üzə gələcəklər. Həlledici qarşılaşma noyabrın 4-də baş tutacaq.
Azərbaycan Kuboku
Kişilər
Yarımfinal
2 noyabr
“Azərreyl” – “Murov Az Terminal” 3:2 (22:25, 25:21, 25:19, 23:25, 15:13)
“Neftçi” – “Xilasedici” 1:3 (22:25, 25:22, 17:25, 23:25)