Braziliya millisinin sabiq üzvü Marselo bu ölkənin "Fluminense" komandasından ayrılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 37 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, ötən gün Braziliya A Seriyasında "Qremio" ilə keçirilən qarşılaşmada Marselooyuna daxil olmağa hazırlaşarkən baş məşqçisi Mano Menezes ilə arasında mübahisə yaşanıb.
Mütəxəssis daha sonra fikrini dəyişərək əsəbi halda 37 yaşlı müdafiəçini ehtiyat oyunçular skamyasına göndərib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun