AZ

İranda güclü zəlzələ oldu

İranın Şimalı Semnan əyalətində yerləşən Germsar şəhəri yaxınlığında 4,8 maqnitudalı zəlzələ baş verib.   Manset.az xəbər verir ki, bu barədə IRNA agentliyi xəbər yayıb. Qeyd edilir ki, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib və şəhərdə hiss edilib. Germsarın prefekti Reza Hani bildirib ki, zəlzələ nəticəsində bir neçə yaşayış evində elektrik enerjisi və internet xidməti kəsilib. Məlumata görə, zəlzələ Tehranda və onun ətrafındakı Kerec şəhərində də hiss edilib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Seçilən
14
18
manset.az

10Mənbələr