AZ

BMT TŞ yeni sədrinin diqqət yetirəcəyi əsas məsələlər

 

  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) sədrlik İsveçrədən Böyük Britaniyaya keçib.

  Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord (Barbara Woodward) ölkəsinin oktyabr ayında BMT TŞ-yə sədrlik müddətinin gündəliyi ilə bağlı mətbuat konfransı keçirib.

  İngiltərənin çox çətin bir dövrdə İsveçrədən dövri sədrliyini təhvil aldığını bildirən Vudvord deyib: “Biz İkinci Dünya Müharibəsindən bəri ən çox münaqişənin olduğu bir zamanda yaşayırıq. Britaniya BMT TŞ sədrliyi dövründə Yaxın Şərq, Rusiya-Ukrayna və Sudan məsələlərinə diqqət yetirəcək.

  Yaxın Şərqdə gərginliyin daha da artması heç kimin marağında deyil.

  Dünyada 339 milyon adam BMT və tərəfdaşlarının verdiyi humanitar yardıma ehtiyac duyur.

  BMT dünyanın bir çox yerində fəaliyyət göstərir, lakin bu gün fələstinlilərin vəziyyəti daha pisdir. Təşkilatın Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) alternativ yoxdur və İsrailin bu quruma qarşı qanunu yanlışdır. Bizim hamımızın BMT-yə ehtiyacı var, təkcə fələstinlilərin deyil”.

  Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasına sədrlik 2024-cü ilin dekabr ayında ABŞ-a keçəcək.



Seçilən
55
trt.net.tr

1Mənbələr