İranın şimalında Germsar şəhəri yaxınlığında baş verən 4,6 bal gücündə zəlzələ nəticəsində azı 9 nəfər xəsarət alıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Bütün zərərçəkənlərin yüngül bədən xəsarətləri aldığı qeyd edilir. Agentlik həmçinin bildirib ki, zəlzələ nəticəsində şəhərdə bəzi abonentlərin işığı və interneti kəsilib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, təxminən 49,4 min insanın yaşadığı Germsardan 5 km şimal-şərqdə 4,6 bal gücündə zəlzələ baş verib.