AZ

“ABŞ-ın qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-ın suallarını cavablandırıb.

Publika.az müsahibəni təqdim edir:

-Qüdrət bəy, ABŞ-də seçkilərə iki gün qaldı, namizədlərin şansların necə qiymətləndirirsiniz?

-ABŞ-də siyasi və mənəvi dəyərlərin dərin böhranı yaşanır. Həm yarıya parçalanmış xalq, həm siyasi elita öz tərəfdarının qalib gəlməsi üçün hər şeyə hazır görünür. Əhalinin yarısı 34 cinayət əməli üzrə təqsirli bilinmiş Trampı dəstəkləyir. Bir çox zəngin insanlar vətəndaş qarşıdurmasından ehtiyatlanaraq ölkəni tərk etməyə başlayıb.1994-cü ildə Ukraynaya təzyiq edərək, həm də aldadaraq onun nüvə silahını əlindən alan ABŞ indi Ukraynanı tədrici məhv olma təhlükəsi ilə üz-üzə qoyub. Dünyada sürətlə nüfuzunu itirməyə başlamış ABŞ Qədim Roma imperiyasının süqutu dövrünü yaşayır. Ukraynanın kapitulyasiyasından sonra Çin Tayvanı zorla özünə birləşdirəcək. Bununla da ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq. Qoca Avropanın kiçik və satqın liderləri isə yeni imperatorların yanında özlərinə sığınacaqlar axtaracaqlar. Beləliklə Qərb sivilizasiyasının sonu yaxınlaşacaq. Ona görə ABŞ-də kimin qalib gəlməsinin elə də əhəmiyyəti yoxdur. Həmin ölkədə ciddi siyasi islahatlar aparılmasa, həm ABŞ vətəndaşları, həm də sivil dünya bundan çox əziyyət çəkəcək.
Bizə münasibətə görə Trampın qalib gəlməsi daha məqsədəuyğundur. Onun ermənilərə yönələn reveransları erməni diasporasının, xristian həmrəyliyindən çıxış edən seçicilərin səsini almağa hesablanıb. Hər halda Trampın prezidentliyi dövründə Qarabağı azad etdik. Namizədlərin şansları demək olar ki, bərabərdir. Amma Harris vitse-prezident olduğundan onu şansı az da olsa yüksəkdir.

Seçilən
9
19
publika.az

10Mənbələr