AZ

"Qələbə qaçışı"nın qalibi: "Uzunmüddətli zədədən sonra sağalıb yenidən yarışlara qatıldım"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"11 ildən çoxdur ki, uzun məsafəyə qaçış idmanı ilə məşğul oluram. Dəfələrlə ölkə çempionatlarının qalibi olmuşam. İndi də qalib gələ bildim".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Qələbə qaçışı"nın qalibi, "Vikinq" klubunun uzun məsafə üzrə qaçış idmançısı Elmar Abışov deyib.
10 km-lik məsafədə bütün rəqiblərini qabaqlayan atlet bildirib ki, qələbəsini şəhid və qazilərimizə həsr edir: "Uzunmüddətli zədədən sonra sağalıb yenidən yarışlara qatıldım. Rəqiblərim də güclü idi. Qələbə mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Bu qələbəyə görə, məşqçimə, dostlarıma, mənə inanan hər kəsə təşəkkür edirəm".
Anar Həsənov
Seçilən
38
6
oxu.az

7Mənbələr