AZ

Müdafiə naziri “Mərakeş Aviaşou 2024” sərgisində

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Mərakeşə işgüzar səfəri davam edir. Mərakeş Krallığının Hökumət Başçısı yanında Milli Müdafiə Administrasiyası üzrə səlahiyyətli naziri Abdellatif Ludiyinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olan general-polkovnik Zakir Həsənov “Mərakeş Aviaşou 2024” sərgisinin təntənəli açılış mərasimində iştirak edib.

Çıxışlardan sonra “Mərakeş Aviaşou 2024” sərgisi ziyarət olunub.

General-polkovnik Z.Həsənov dünyanın aparıcı beynəlxalq şirkətlərinin təmsil olunduğu sərgidə təqdim edilən hərbi aviasiya, qlobal aeronavtika və kosmik sənaye innovasiyaları ilə tanış olub.

Dünən başa çatan sərgi çərçivəsində müdafiə sənayesindəki texnoloji yeniliklər, davamlı strategiyanın inkişaf etdirilməsi, pilotsuz uçuş aparatlarının təkmilləşdirilməsi və digər mövzularda panel müzakirələr aparılıb.

Seçilən
19
28
xalqqazeti.az

10Mənbələr