Misli Premyer Liqasında XII turun son günü Tovuzda başlayacaq.
İdman.biz xəbər verir ki, günün ilk qarşılaşmasında "Kəpəz" "Səbail"i qəbul edəcək.
Bu, iki klub arasında 14-cü çempionat dueli olacaq. 7 qələbə qazanan Bakı klubu əvvəlki matçlarda üstünlüyə malikdir. Gəncə təmsilçisi 3 qələbə və 3 heç-heçə ilə kifayətlənib. Qələbə sayındakı fərq toplarda da öz əksini tapıb. 25 qol vuran "Səbail" öz qapısından 14 top buraxıb.
Uğurlu seriyaya malik "Səbail" son 5 matçda uduzmayıb: 3 qələbə, 2 heç-heçə. Son üç qarşılaşmada 4 və ya daha çox qol vurulub.
Qeyd edək ki, "Kəpəz" - "Səbail" qarşılaşması saat 16:00-da başlayacaq.
23.09.2017 | Səbail (Bakı) - Kəpəz (Gəncə) | 1:0 |
18.11.2017 | Kəpəz (Gəncə) - Səbail (Bakı) | 2:3 |
03.03.2018 | Kəpəz (Gəncə) - Səbail (Bakı) | 2:1 |
22.04.2018 | Səbail (Bakı) - Kəpəz (Gəncə) | 1:1 |
27.08.2022 | Səbail (Bakı) - Kəpəz (Gəncə) | 4:1 |
29.10.2022 | Kəpəz (Gəncə) - Səbail (Bakı) | 3:0 |
01.02.2023 | Səbail (Bakı) - Kəpəz (Gəncə) | 1:0 |
01.04.2023 | Kəpəz (Gəncə) - Səbail (Bakı) | 1:0 |
16.09.2023 | Kəpəz (Gəncə) - Səbail (Bakı) | 0:3 |
25.11.2023 | Səbail (Bakı) - Kəpəz (Gəncə) | 0:0 |
12.02.2024 | Kəpəz (Gəncə) - Səbail (Bakı) | 1:4 |
14.04.2024 | Səbail (Bakı) - Kəpəz (Gəncə) | 3:3 |
23.08.2024 | Səbail (Bakı) - Kəpəz (Gəncə) | 4:0 |