AZ

Müharibə başlayır?- ABŞ bombardmançıları yola düşdü

Amerikanın B-52 Stratofortress bombardmançı təyyarələri Yaxın Şərqə gedib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

B-52 Stratofortress strateji bombardmançı təyyarələri Minot Hərbi Hava Qüvvələri bazasında yerləşdirilən beşinci qanadın bir hissəsi olaraq CENTCOM-un məsuliyyət zonasına aparılıb.

Bundan əvvəl Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, Birləşmiş Ştatlar İranla müharibə axtarmır və son raket hücumuna görə Tehrana cavabı ilə bağlı İsraildən aydın cavab almaq istəyir.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) keçmiş komandanı, general Kennet Makkenzi də öz növbəsində bildirib ki, İran hakimiyyəti ABŞ-yə təzyiq göstərmək üçün atom silahı yaratmaq məsələsində “nüvə Rubikonunu” keçmək niyyətindədir. 

Makkenzie əlavə edib ki, İran hazırda “küncə dirənib” və buna görə də onun hakimiyyəti belə bir addım atmağa cəsarət etməyəcək. Generalın sözlərinə görə, oktyabrın 1-də İsrailin atəşə tutmasından sonra Tehran ciddi nəticə əldə etməyib və müttəfiq Livanın şiə “Hizbullah” hərəkatının rəhbərliyi də məhv edilib.

Seçilən
33
cebheinfo.az

1Mənbələr