AZ

İrandan savaş qərarı: Bombardmançılar bölgəyə göndərildi

ABŞ ordusunun B-52 (Stratofortress) bombardmançı təyyarələri Yaxın Şərqə göndərilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"ABŞ B-52 strateji bombardmançıları CENTCOM-un məsuliyyət zonasına çatıb", - qurumun açıqlamasında deyilir.

Pentaqonun sözçüsü Sabrina Sinq bundan öncə bəyan etmişdi ki, ABŞ İranla müharibə axtarmır və Tehranla İsrail arasındakı qarşılıqlı raket hücumlarına aydınlıq gətirməyə çalışır. Həmçinin ABŞ İranın İsrailin son raket hücumlarına cavab verməsini istəmir.

CENTCOM-un keçmiş komandanı, general Kennet Makkenzi öz növbəsində bildirib ki, İran mümkün danışıqlarda ABŞ-a təzyiq göstərmək üçün nüvə silahı əldə etmək niyyətindədir.

Generalın fikrincə, İran hazırda küncəyə çəkilib və belə bir addım atmağa cəsarət etməyəcək. Makkenzinin sözlərinə görə, İran oktyabrın 1-də İsrailə hava hücumunda ciddi nəticə əldə etməyib.

İran İsrailin oktyabrın 26-da həyata keçirdiyi hava hücumuna cavab verəcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
44
2
teleqraf.com

3Mənbələr