AZ

Mesyatsev adası tamamilə yoxa çıxdı

 

  Əlli üç hektar ərazini əhatə edən Mesyatsev adası Şimal Buzlu okeanında yerləşən Frans-İosif Torpağı arxipelaqından yoxa çıxıb.

  Rusiya Coğrafiya Cəmiyyətinin məlumatına görə, ada qlobal istiləşmə nəticəsində yoxa çıxıb. Adanın yoxa çıxmasını təsdiq edən tədqiqatlara rəhbərlik edən Moskva Aviasiya İnstitutunun dosenti Aleksey Kuçeyko qeyd edib ki, Rusiya itki ilə əlaqədar naviqasiya xəritələrini yeniləməli olacaq.

  Bildirilir ki, 2015-ci il avqustun 19-na olan məlumata görə, Mesyatsev adasının sahəsi 53 hektara yaxın idisə, bu ilin avqust ayına qədər onun sahəsi üç hektara qədər azalıb. Bir ay sonra ada tamamilə yox oldu.

  Tədqiqatçılar hesab edirlər ki, buna təkcə buzlaqların əriməsi deyil, həm də dəniz səviyyəsinin qalxması nəticəsində yaranan sahil eroziyası təsir edib.



Seçilən
41
3
trt.net.tr

4Mənbələr