Gürcüstan hökuməti lazım gələrsə, istənilən qanuna yenidən baxmağa hazır olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze “Sky TG24” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, qanunlar hüquqi prinsiplərə uyğun gəlmədiyi təqdirdə dəyişdiriləcək:
“Əgər kimsə bizi konkret qanunun hüquqi prinsiplərə və ya Avropa ruhuna uyğun gəlmədiyinə inandırarsa, biz istənilən qərara yenidən baxmağa hazırıq, baxmayaraq ki, bu, səmimi müzakirələr tələb edir”.
Mənbə: unikal.az