AZ

Şahin Diniyev "Səbail"-in baş məşqçisi postundan istefa verib

"Səbail"-də gözlənilən ayrılıq reallaşıb...

Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Şahin Diniyev istefa verib.

O, qərarını "Kəpəz"lə matçdan sonra baş tutan mətbuat konfransında açıqlayıb: "Oyun haqda danışmalı bir şey yoxdur. Rəhbərliklə görüşdüm. Öz xahişimlə istefa verdim. Nəyisə dəyişmək istədim. Amma bundan sonra dəyişiklik üçün özümdə güc görmürəm. Futbolçulara təşəkkür edirəm. Bütün oyunlarda vuruşdular. Bu, futboldur, hər şey olur".

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçirilən "Kəpəz" - "Səbail" matçı Gəncə təmsilçisinin 1:0 hesabı qələbəsi ilə nəticələnib.

Poliqon.info

Seçilən
66
8
poliqon.info

10Mənbələr