İtaliyada silahlı şəxslər karqo şirkətinin ofisinə hücum edib, bir milyon avroluq məhsul oğurlayıblar
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, şirkətin ofisini qarət edən silahlı dəstə üzvləri anbardan və yük maşınlarından külli miqdarda dəyərli texnoloji məhsullar oğurlayıblar.
Dəstə üzvləri hadisə yerindən uzaqlaşarkən giriş-çıxış yollarında saxladıqları oğurlanmış avtomobilləri də yandırıblar.
Təhlükəsizlik qüvvələri hadisə ilə bağlı araşdırmalara başlayıb, dəstə üzvlərinin axtarışları davam edir.