Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti qolunu vurub.
Modern.az xəbər verir ki, 27 yaşlı forvard Almaniya II Bundesliqasının XI turu çərçivəsində “Hamburq”la keçirilən görüşün 63-cü dəqiqəsində fərqlənib.
M. Emreli daha əvvəl IX turda “Qroyter”lə , X turda “Reqensburq”la və Almaniya Kubokunda “Hoffenhaym”la oyunlarda da fərqlənmişdi.
Bu, M.Emrelinin 2-ci Bundesliqada keçirdiyi 6-cı oyunda üçüncü qolu olub. O, daha bir dəfə Almaniya kubokunda fərqlənib.