Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış hərbi və hərbi-texniki əməkdaşlığa dair birgə komissiyanın iclasının protokoluna əsasən, Azərbaycan və İran ordularının Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimi keçiriləcək.
Medianews.az bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Noyabrın 2-də təlimdə iştirak etmək məqsədilə qonşu ölkəyə səfər etmiş Azərbaycan Ordusunun şəxsi heyət və döyüş gəmiləri Ənzəli dəniz limanına gəliblər.
Xəzər dənizinin İrana mənsub hissəsində keçiriləcək “Dənizdə axtarış-xilasetmə” təliminə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyəti qatılacaq.