Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 9-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.
“Frayburq” – “Maynts” matçında qapılara qol vurulmayıb. Beş qolun qeydə alındığı “Borussiya” (Mönhenqladbax) – “Verder” matçında isə meydan sahibləri darmadağına seviniblər.
Beləliklə, 9 turdan sonra 23 xal toplamış “Bayern” vahid liderdir. “Leypsiq” 20 xalla ikinci, “Ayntraxt” 17 xalla üçüncüdür. Son çempion “Bayer”, eləcə də “Borussiya” (Dortmund) və “Frayburq” 16, “Union Berlin” 15, “Ştutqart” və “Borussiya” (Mönhenqladbax) 13, “Verder” 12, “Auqsburq” 11, “Haydenhaym” və “Maynts” 10, “Volfsburq” 9, “Sankt Pauli”, “Hoffenhaym” 8, “Holştayn” 5, “Boxum” 1 xal toplayıb.
Almaniya, Bundesliqa
9-cu tur
1 noyabr
Bayer – Ştutqart 0:0
2 noyabr
Bayern – Union Berlin 3:0
Qollar: Keyn, 15-pen; 51. Koman, 43.
Ayntraxt – Boxum 7:2
Qollar: Ekitike, 9; 69. Marmuş, 18. Knauff, 20. Braun, 32. Dahud, 61. Can Yılmaz Uzun, 66 – De Vit, 35. Hofmann, 51.
Hoffenhaym – Sankt Pauli 0:2
Qollar: Afolayan, 20. Albers, 90+3.
Holştayn – Haydenhaym 1:0
Qol: Erras, 28.
Volfsburq – Auqsburq 1:1
Qollar: Amura, 82 – Tiets, 34.
Borussiya (Dortmund) – Leypsiq 2:1
Qollar: Beyer, 30. Girassi, 65 – Şeşko, 27.
3 noyabr
Frayburq – Maynts 0:0
Borussiya (Mönhenqladbax) – Verder 4:1
Qollar: Plea, 11. Fridl, 12-öz qapısına. Honorat, 45. Stoger, 67 – Topp, 75