AZ

Tanışının ölümündə təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini istəyir

Göyçayda tanışının ölümünə səbəb olmaqda təqsirləndirilən Novruz Mahmudovun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.


O, cəzasının yüngülləşdirilməsini istəyir.

 

Qeyd: Hadisə 2023-cü ilin sentyabrında Göyçayda baş verib. Belə ki, Novruz Mahmudov aralarında yaranan mübahisə zamanı Şahsən Yusifovun üz-burun nahiyəsinə ovuc içi ilə bir zərbə vurub. Sonuncu zərbənin təsirindən yıxılıb və ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və orada da dünyasını dəyişib.

 
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 126.3-cü (Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən Novruz Mahmudovun əməli Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib və ona 3 il müddətinə azadlıqdan mərhumetmə cəzası təyin olunub. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmişin hüquqi varisi apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti və apellyasiya protesti qismən təmin olunub, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, təqsirləndirilən şəxs barəsində yeni ittiham hökmü çıxarılıb. Novruz Mahmudovun 3 il müddətinə azadlıqdan mərhumetmə cəzası 4 ilə qaldırılıb. 

Kamal Məmmədov 

Tarix: 4 Noyabr 2024, 08:54   
Seçilən
12
pravda.az

1Mənbələr