AZ

“Qarabağ”ın rəqibi yenə 3 qol buraxıb

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Bodo-Qlimt” növbəti matçını keçirib.

İdman.biz xəbər verir ki, Bode təmsilçisi Norveç çempionatında səfər oyununa çıxıb.

Kyetil Knutsenin yetirmələri “Molde”nin qonağı olublar. Məhsuldar keçən görüş 3:3 hesabı ilə başa çatıb.

Qarşılaşmanın gedişində iki dəfə məğlub duruma düşən “Bodo-Qlimt”in Ulrix Saltnes və Fredrik Byorkanın qolları ilə hesaba tarazlıq gətirib. Kasper Eyvannın avtoqolu isə bodoluları hesabda önə çıxarsa da, meydan sahibləri məğlubiyyətdən qaça bilib. Ötən tur “Rusenborq”a 2:3 hesabı ilə uduzan “Qarabağ”ın rəqibi ardıcıl ikinci dəfə üç qol buraxıb.

Bu xal itkisindən sonra da “Bodo Qlimt” liderliyini qorusa da, “Brann”ı yalnız əlavə göstəricilərdə qabaqlayır. Hər iki komanda 27 oyunda 55 xal toplayıb.

Qeyd edək ki, “Qarabağ” Norveç klubu ilə noyabrın 7-də səfərdə qarşılaşacaq.

İdman.biz

Seçilən
56
idman.biz

1Mənbələr