AZ

Gürcü müxalifəti qalib gəlsəydi, rus ordusu Tiflisə girəcəkdi?

“Görünən odur ki, gürcülər nə qədər Avropaya meyilli olsalar da, Rusiya və müharibə faktoru seçkilərdə həlledici oldu”. Tribunainfo.az bildirir ki, tarixçi Yadigar Sadıqlı belə dəyərləndirir. Onun sözlərinə görə, Azərbaycanda seçkilərin hələ gərgin keçən vaxtlarında hakimiyyətin müxalifətə qarşı əks-təbliğat mövzularından biri o idi ki, iqtidara gəlsələr, müharibəyə başlayacaqlar: “Hələ biz Ermənistanla konflikt vəziyyətində idik, Rusiya arxa planda ikinci dərəcəli aktor kimi iştirak edə bilərdi.
Gürcülər isə birbaşa Rusiya ilə konflikt vəziyyətindədirlər və Cənubi Osetiyadakı rus qüvvələri ilə Tbilisi arasındakı məsafə, səhv etmirəmsə, 50-60 kilometrdir”.
Y. Sadıqlının fikrincə,
müxalifət hakimiyyətə gəlsəydi, Rusiyaya qarşı ehtiyatlı siyasət yürüdəcəkdi, konfliktə getməyəcəkdi: “Amma Rusiya necə davranacaqdı? Gürcülər bu sualın cavabını tapmadılar və bu, seçkidə öz sözünü dedi”.

Roman

Seçilən
39
tribunainfo.az

1Mənbələr