AZ

İsrail UNRWA ilə əməkdaşlığı dayandırdığı barədə BMT-yə məlumat verib



İsrail BMT Baş Assambleyasının prezidentinə BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyi (UNRWA) ilə əməkdaşlığı dayandırdığını bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.
İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon, “Biz Baş Assambleyanın sədrinə təşkilatla əməkdaşlığa xitam verilməsi barədə rəsmi məlumat vermişik” dedi.
Onun sözlərinə görə, Qəzza zolağında UNRWA HƏMAS-ın nəzarətindədir. Danon vurğulayıb ki, İsrail humanitar təşkilatlarla əməkdaşlığı davam etdirəcək, lakin “İsrailə qarşı terrorizmi təşviq edən”lərlə əməkdaşlıqdan imtina edir.
Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, UNRWA-nın maliyyələşdirilməsi tam həcmdə bərpa edilməlidir. Əks halda, maliyyə yardımı göstərməkdən imtina edərək agentliyi şantaj edənlər Qəzza zolağı üçün belə bir qərarın nəticələrinə görə İsrailin günahını bölüşəcəklər, Nebenzya vurğulayıb
Sentyabrın ortalarında BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) altı əməkdaşı Qəzza zolağındakı Nuseyrat düşərgəsinə iki hava hücumu nəticəsində həlak olub. Ölənlər arasında UNRWA sığınacağının direktoru və köçkünlərə yardım edən komandanın digər üzvləri də var.

Münaqişənin qızışdığı vaxtdan bu düşərgə beş dəfə atəşə tutulub. Orada 12 minə yaxın köçkün yaşayır. Agentlik münaqişənin bütün tərəflərini məktəblərdən və qaçqın düşərgələrindən heç vaxt hərbi və ya döyüş məqsədləri üçün istifadə etməyə çağırıb.

aia.az
Tərcümə şöbəsi



Seçilən
23
aia.az

1Mənbələr