"Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında güləşçilərimiz 3 qızıl medal qazandılar. Eldəniz Əzizli tarixi uğura imza ataraq, Azərbaycan güləşinin ilk 4 qat dünya çempionu oldu".
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında bildirib:
"Nihat Məmmədli və Ülvü Qənizadə isə karyeralarında ilk dəfə dünya çempionatında qalib gəldilər. Yunan-Roma güləşi üzrə millimiz titulunu qorudu və ikinci dəfə komanda hesabında dünya çempionu oldu. Tarixi uğurlar münasibətilə güləşçilərimizi, onların valideynlərini və məşqçilərini təbrik edirik".
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta