AZ

Müsabiqə yolu ilə işə qəbul edilmiş hüquqşünaslar prokurorluq işçilərinin 89,1 faizini təşkil edir

Prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti müsabiqənin ikinci – yazılı imtahan mərhələsi keçirilir.

Xezerxeber.az xəbər verir ki, tədbir zamanı açılış nitqi ilə çıxış edən Baş prokurorun müavini Heydər Məmmədov namizədlərə uğurlar arzulayaraq bildirib ki, indiyədək işə qəbulla bağlı keçirilmiş 25 müsabiqədə uğur qazanmış 1203 hüquqşünas prokurorluq işçilərinin 89,1 faizini təşkil edir. 

Hazırkı, yəni 26-cı müsabiqənin ikinci mərhələsinə ilk turda müvəffəqiyyət qazanmış 161 nəfər hüquqşünas iştirak edir.

Qeyd olunub ki, Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib.

Həmçinin, imtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edir.

Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmiş 161 namizəd (o cümlədən 34 qadın) Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.

Seçilən
5
9
xezerxeber.az

10Mənbələr