Zərdabda ödəmə terminalından oğurluq etmək istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azreform.info -a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 27-də gecə saatlarında rayon ərazisində yerləşən obyektlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Nicat Gülmalıyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.