AZ

"Tərtər işi" üzrə qərardan narazı olanların şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsi "Tərtər işi" ilə bağlı həbs qərarından narazı olan şəxslərin şikayətini təmin etməyib. 
 
Bundan əvvəl Bakı Hərbi Məhkəməsinin qərarı ilə Ruslan Mikayılov 6 il 10 ay, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.  
 
 
Oktyabrın 31-də "Tərtər işi" üzrə digər 5 nəfərə hökm oxunub. 
 
Tərtər işu üzrə  321 nəfər zərərçəkmiş kimi tanınıb. 
 
2016-cı ilin aprel döyüşlərindən sonra bir qrup hərbçi dövlətə xəyanətdə ittiham olunub.

Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər nazirliklərinin birgə bəyanatında hərbçilərin Ermənistanın xeyrinə casusluq etdiyi bildirilir.

Lakin 2019-cu ildə 2017-ci ilin may-iyununda saxlanılan 100-dən çox əsgər və zabitin işgəncələrə məruz qaldığı məlum olub.

25 hərbçi uzun müddətə azadlıqdan məhrum edilib, daha 9 nəfər işgəncə nəticəsində həlak olub.

Daha sonra təqsirləndirilənlərdən bəziləri bəraət alıb, işgəncələrə görə məsuliyyət daşıyanlar həbs edilib. Qanunsuz məhkum olunmuşların bəraət alması prosesi davam edir. Ötən il oktyabrın 5-də məhkəmələr 16, dekabrın 6-da isə daha 19 nəfərə bəraət hökmü çıxarıb.
 
Aytac Zeynalova 


www.anews.az
Seçilən
5
1
anews.az

4Mənbələr