AZ

Yol polisindən sürücülərə müraciət

COP29 konfransı tarixlərində nəqliyyat sıxlığının azaldılması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

XALQ.AZ həmin müraciəti təqdim edir:

“Mötəbər tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz yenidən dünyanın diqqət mərkəzindədir. Artıq noyabrın birinci ongünlüyündən başlayaraq paytaxtımız iqlim konfransı iştirakçılarını qəbul etməyə başlayacaq.

Məlumat verildiyi kimi beynəlxalq miqyaslı tədbirlə əlaqədar çoxsaylı qonaqların, rəsmi şəxslərin, eləcə də əhanin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə, müvafiq konsepsiya hazırlanıb. Sistemli yanaşmaya əsaslanan sözügedən konsepsiyada COP29 müddətində paytaxtın bəzi küçə və prospektlərində fasilələrlə məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulsa da, yolların uzunmüddətli bağlanmasına ehtiyac duyulmayıb.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədilə, COP29 konfransı tarixlərində Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələrini, paytaxt sakinlərindən isə fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələrini, xüsusilə bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını nəzərə alaraq, həmin istiqamətlərdə əvvəlcədən göstəriləcək alternativ yollarla hərəkət etməyi xahiş edir.

Ümidvarıq ki, hər bir yol hərəkəti iştirakçısı verilən tövsiyələrə əməl etməklə ölkəmizin COP29-a uğurla ev sahibliyi etməsinə töhfə verəcək, tətbiq ediləcək məhdudiyyətlərə anlayışla yanaşacaq, təşkilatçılara dəstək nümayiş etdirəcəkdir”.

Seçilən
4
49
xalq.az

10Mənbələr