AZ

Tayvanda mümkün müharibə: Çin və ABŞ-ı hansı risklər gözləyir?..

Çin və ABŞ Tayvan üzərində toqquşsalar, dünyanın ən güclü ölkələri olmaqdan çıxacaqlar...

Poliqon xəbər verir ki, bu fikri "RİA Novosti" Agentlyinə Şandonq Universitetinin professoru Jia Venşan bildirib.

Çin və ABŞ arasında Tayvan məsələsinə görə nəhayət hərbi münaqişə başlasa, nəinki Tayvan boğazı təsirlənəcək, həm Çin və ABŞ böyük itkilərə məruz qalacaq, həm də dünyanın "1 nömrəli" və "2 nömrəli" ölkəsi statusunu itirəcək digər dövlətlərə ötürcəklər", deyə alim bildirib.

Eyni zamanda, Jia qeyd edib ki, hər iki ölkə on ildir Tayvan üzərində hərbi münaqişəyə hazırlaşır, bir-birini hərbi mühasirəyə alır. Bununla belə, ekspert vurğulayıb ki, Çin və ABŞ mövcud qlobal sabitliyi və sülhü qoruyub saxlamalı və Tayvanla bağlı fikir ayrılıqlarının silahdan istifadə etmədən həllinin tapılmasına daha çox vəsait sərf etməlidir.

Bundan əvvəl Çin Tayvana 2 milyard dollarlıq silah satdıqdan sonra ABŞ-a əks-tədbirlər görəcəyini vəd etmişdi.

Oktyabrın 16-da Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan məsələləri üzrə ofisinin sözçüsü Çen Binhua bildirib ki, Çin Tayvana qarşı mümkün güc tətbiqindən imtina etməyəcək. Çen Binhuanın fikrincə, Tayvanın nə qədər əsgəri və ya nə qədər silah əldə etməsi önəmli deyil, çünki ada xarici qüvvələrin dəstəyi ilə belə riskki addım almağa cəsarət edərsə, öz məhvi olacaq.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr