AZ

Tel-Əviv razılaşmanın ləğvini açıqladı: İsraildən UNRWA və BMT-yə rədd cavabı

İsrail UNRWA ilə münasibətlərini tənzimləyən müqaviləni ləğv etdiyini açıqlayıb. Məsələ ilə bağlı BMT səlahiyyətlilərinə rəsmi məlumat verən İsrail Qəzzada milyonlarla fələstinliyə yardım edən təşkilatın fəaliyyətini əngəlləmək qərarına gəlib.

Turkustan.az xəbər verir ki, İsrail parlamenti ötən ay UNRWA-nın İsraildə fəaliyyətini qadağan edən və İsrail rəsmilərinin işğal altındakı İordan çayının qərb sahili və Qəzzada milyonlarla fələstinliyə yardım və təhsil xidmətləri göstərən təşkilatla əməkdaşlığının qarşısını alan qanun qəbul edib.

İsrail bu yaxınlarda UNRWA ilə münasibətlərini tənzimləyən müqaviləni ləğv etdiyi barədə BMT-yə rəsmi məlumat verdiyini açıqlayıb.

İsrail uzun müddətdir ki, 1948-ci ildə müharibədən sonra yaradılan UNRWA-nı İsrail əleyhinə olmaqda ittiham edərək, Fələstinliləri daimi qaçqın statusunda saxlamaqla münaqişəni davam etdirdiyini bəyan edib.

İsrail, HƏMAS-ın keçən ilin oktyabrında İsrailə hücumu zamanı Qəzzada müharibə başlayandan bəri HƏMAS-ın UNRWA-ya sızdığını bildirdi və hətta UNRWA-nın bəzi əməkdaşlarını oktyabrın 7-də İsrailə qarşı hücumlarda iştirak etməkdə ittiham edib.

İsrailin BMT-dəki nümayəndəsi Denni Danon açıqlamasında bildirib ki, BMT-yə HƏMAS-ın UNRWA-ya necə sızdığını göstərən böyük dəlillərə baxmayaraq, BMT bu faktı aradan qaldırmaq üçün heç nə etməyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
10
turkustan.az

1Mənbələr