AZ

Xərçəngə tutulan azərbaycanlı bloger əməliyyat olunacaq

Xərçəngə tutulan azərbaycanlı bloger Mehin Oktaylı (iconmekh) əməliyyat olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə bloger özü "Instagram" hesabında məlumat yayıb.

 

O, bir neçə gün əvvəl boğazında xərçəng aşkarlandığını bildirmişdi.

 

Mehin instaqram hesabının hekayə bölümündə bu sözləri yazıb: “Mənim üçün son 2 gündə dua edən hər kəsə təşəkkür edirəm. Son bir dua… Çünki saatlar sonra əməliyyata girirəm. Yaxşıyam, yaxşı olacağam. Hələ olanları dərk etmədən bu söhbəti birdəfəlik bağlayacağıq deyə ümid edirəm. Mənfiliklərə son qoymaq mənim işimdir. Buna da son verim, saatlar sonra gələcəyəm Allahın izniylə… Danışacağıq uzun-uzun, lakin istəyirəm ki, hər şey bitsin sonra”.

1392508

 

Seçilən
13
10
modern.az

10Mənbələr